Münhen "Bavariya"sı futbolçusu Filippe Koutinyo ilə yollarını ayırmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, klub “Barselona”dan iyunun 30-na qədər icarəyə götürdüyü braziliyalı futbolçunun transfer hüququnu almayacaq.
Bundesliqanın lideri 27 yaşlı futbolçunu yenidən icarəyə götürmək də istəmir. Bu isə onun yayda yenidən “Barselona”ya qayıdacağı mənasına gəlir.
Qeyd edək ki, Koutinyo 2018-ci ilin yanvarında 145 milyon avroluq rekord məbləğlə “Liverpul”dan “Barselona”ya transfer olunub. O, 2019-cu ilin avqustunda icarəyə verildiyi “Bavariya”da bu mövsüm 8 qol vurub, 6 məhsuldar ötürmə edib.
Sözügedən futbolçu ilə Londonun "Çelsi" klubu yaxından maraqlanır.