Almaniyanın “Leypsiq” klubunun futbolçusu Timo Verner Bundesliqanın cari mövsümündə 15-ci səfər qoluna imza atıb.
Offsideplus.az xəbər verir ki, XXIX turun “Köln”lə matçına 4:2 hesablı qələbədə pay sahibi olan hücumçu çempionatın rəqib meydanında ən çox fərqlənən ikinci futbolçu kimi rekorda şərik olub.
Vernerə qədər Herd Müller 1971/72, Edin Dzeko 2009/10, Pyer-Emerik Obameyanq 2016/17 mövsümündə rəqib meydanlarında 15 dəfə fərqlənib. Bundesliqa tarixinin rekordu isə əfsanəvi Yupp Haynkesə məxsusdur. O, 1973/74 mövsümündə 17 səfər qoluna sevinib.