Mario Götze karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi ilə "Milan" Roma" və "Latsio" yaxından maraqlanır.

Məlumatı "Football İtalia" nəşri yayıb. Götzenin klubu "Borussiya" (Dortmund) ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Hər üç klub futbolçunun heyətinə qatmaq üçün onun agenti ilə danışıqlara başlayıblar.

Qeyd edək ki, "Borussiya"nın idman direktoru Maykl Zork Götzenun yayda komandadan ayrılacağını açıqlayıb.