Münhen “Bavariya”sının hücumçusu Tomas Müller bu mövsüm bundesliqada 17-ci qol ötürməsini edib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu dünən baş tutan “Ayntraxt”a qarşı oyunda (5:2) növbəti dəfə bir uğurlu qol ötürməsi verib. Bununla da o, 2014-15 mövsümündə “Volsfburq”da oynadığı vaxtda eyni göstəriciyə nail olmuş Kevin de Bruynenin rekorduna şərik olub.
Təcrübəli hücumçu Bundesliqa tarixində bir mövsümdən ən çox qol ötürməsi edən ikinci oyunçu olub.