Almaniyanın "Köln" klubunun məşhur maskotu olan keçiyə (9-cu Hennesə) görə oyun baş tutmaya bilər.

Offsideplus.az xəbər verir ki, may ayının 16-sında bərpa edilməsi gözlənilən Bundesliqa oyunları çərçivəsində keçiriləcək "Köln" - "Maynts" matçı təxirə salınır.

Buna səbəb isə meydan sahiblərinin ənənəvi maskotu olan keçidir. Belə ki, Bundesliqa rəhbərliyi gigiyena qaydalarına görə bu addımı atır.

Qeyd edək ki, "Köln" 12 ildir ki, ev oyunlarını bu keçi olmadan oynamır.