“Volfsburq” klubunun yarımmüdafiəçisi Yannik Gerhardt ağır zədələnib.
Offsideplus.az xəbər verir ki, onun bu gün baş tutan məşq zamanı üz nahiyəsindən ağır zədə aldığı bildirilir. Dərhal xəstəxanaya aparılan 26 yaşlı futbolçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
Hələlik, futbolçunun nə qədər müddətə sıradan çıxdığı bilinmir.