“Leypsiq”in hücumçusu Timo Verner İngiltərə klublarının transfer hədəfinə çevrilib.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu“Liverpul”dan sonra Premyer Liqanın daha 2 təmsilçisindən - “Çelsi” və “Mançester Yunayted”dən təklif alıb. Karyerasını “Liverpul”da davam etdirmək niyyətində olan 24 yaşlı forvard hər iki təklifi rədd edib. Futbolçunun "qırmızılar"a keçmək istəməsində həmyerlisi Yurgen Kloppun təsiri böyükdür.
Verner bir müddət əvvəl isə “Bavariya”ya keçməkdənsə, Almaniyanı tərk etməyi üstün tutduğunu açıqlamışdı.
Qeyd edək ki, Timo Vernerin “Leypsiq”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.