Arturo Vidal "Bavariya"nı tərk edə bilər.

"Çelsi"nin baş məşqçisi Antonio Konte "Bavariya"nın şərəfini qoruyan Arturo Vidalın xidmətlərində maraqlıdır. Offsideplus.az xəbər verir ki, Konte şəxsən Vidala zəng edib və bir neçə dəqiqə onunla söhbət edib.

Tərəflər "Yuventus"da birlikdə çalışıblar. Münhen klubu 30 yaşlı havbeki satmağı planlaşdırmır. "Zadəganlar" isə maliyyə imkanlarından istifadə edərək futbolçunu Londona gətirmək niyyətindədir. Ona 4 illik müqavilə və ildə 15 milyon avro təklif olunur. Bu, Vidalın "Bavariya"da aldığı məvacibdən 20% çoxdur. Onun "Bavariya" ilə cari müqaviləsi 2019-cu ilin yayına kimi qüvvədədir