Mayın 9-da Almaniya Bundesliqası bərpa oluna bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə çempionatın rəhbərliyi qərar verib.

"Daily Mail" nəşrinin məlumatına görə, liqanın bərpası üçün turnir rəsmiləri klublar üçün bir neçə qaydalar tətbiq edib:

1. Futbolçular otel, yaxud da öz evlərində qala bilərlər.
2. Oyunçular sekslə məşğul ola, öpüşə bilməzlər.
3. Matça gələrkən futbolçuların temperaturu arenada yoxlanılmalıdır.
4. Stadionda 300 nəfərdən çox adam olmamalıdır.
5. Komandalar arenanı ayrı-ayrı vaxtlarda tərk etməlidirlər.
6. Futbolçular ancaq fərqi qablardan və içkilərdən istifadə etməlidirlər.
7. Komandalar ümumi halda şəkil çəkdirməməlidirlər.
8. Əllə görüşmək qaydası ləğv olunur
9. uşaq futbolçularla ənənəvi müşayiət də qadağan edilir.
10. Matç sonrası müsahibə və açıqlamalar minimum səviyyədə alınmalıdır.
11. İlk məşqdən əvvəl bütün futbolçular koronavirus testindən keçməlidir.