Almaniya Bundesliqası oyunlarının mayın əvvəllərində bərpa olunması planlaşdırılır.

Offsideplus.az xəbər verir ki, futbolçular koronavirus pandemiyasından qorunmaq üçün oyunlar zamanı maska taxa bilərlər.

Oyunlar zamanı tətbiq olunacaq qaydalardan biri əllə maskaya toxunmamaqdır. Hər 15 dəqiqədən bir oyunlar dayandırılmalı, maskalar dəyişdirilməlidir.

Üstəlik, həmin maskalar sürüşmə fəndinə qarşı xüsusi olaraq istehsal olunacaq. Fasilələr zamanı futbolçular 1,5 metrlik məsafəyə riayət etməlidirlər. Hakimlər oyunçuları lazımsız təmasa görə cəzalandırmaq hüququna sahib olacaqlar. Vurulan qolların birgə qeyd olunmasına və mübahisələrə yol verilməyəcək.

Qeyd edək ki, Almaniya Bundesliqası XXV turdan sonra təxirə salınıb. Çempionatın mayın 9-da bərpa olunacağı bildirilib.