Türkiyə yığmasının və Almaniyanın "Union Berlin" klubunun futbolçusu Yunus Mallı karantinə alınıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Urs Fişer məlumat verib.
O, 28 yaşlı yarımmüdafiəçinin hazırda öz evində təcrid olunduğunu bildirsə də, onun koronavirusa yoluxub-yoluxmadığı barədə məlumatının olmadığını söyləyib.