Bundesliqada mübarizə aparan daha bir klub COVİD-19 epidemiyasına görə yaranan böhranla əlaqədar futbolçularının maaşlarını azaltmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, “Volfsburq” klubu da digər Almaniya təmsilçiləri kimi bu addımı atıb.
Futbolçu və məşqçi heyəti məvaciblərinin böyük hissəsindən imtina ediblər. Klub rəhbərliyində çalışanlar da eyni addımı atıblar.