"Barselona"nın icarə əsasında "Bavariya"da çıxış edən futbolçusu Filipp Koutinyo koronavirusla mübarizə kampaniyasında iştirak edib.
Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ölkəsinin Rio-de-Janeyro şəhərinin insanlarına 20 ton humanitar yardım edib.
Paylanılacaq paketlərdə ərzaq və gigiyenik məhsullar yer alıb.