Münhen "Bavariya"sının əsas qapıçısı Manuel Noyer komandasını tərk etmək barədə düşünmür.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı qolkiper xarici klublardan gələn təklifləri dəyərləndirməyi düşünmür. Onun klubu ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq və təcrübəli qapıçı ilə yeni sözləşmə imzalanmayıb. Ancaq, bununla belə Noyer "Bavariya"nı indidən tərk etmək niyyətində deyil.
Qeyd edək ki, sözügedən qolkiperlə Londonun "Çelsi" klubu yaxından maraqlanır.