Almaniyanın “Bavariya” klubu yay transfer dövründə yollarını ayıracağı futbolçular müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bunlar müdafiəçi Ceromi Boatenq, yarımmüdafiəçilər Xavi Martines və Koranten Tolissodur.

2 futbolçu - qapıçı Manuel Noyer və hücumçu Tomas Müller ilə müqavilə müddəti uzadılacaq. Münhen klubu “İnter”dən icarəyə götürülən İvan Perşiçi isə birdəfəlik almaq niyyətindədir.