Almaniya Bundesliqasının XXIV turunun "Leyptsiq" - "Bayer Leverkuzen" matçı zamanı qalmaqal yaşanıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşma vaxtı Mühafizə Xidmətinin əməkdaşları yaponiyalı azarkeşləri stadiondan uzaqlaşdırıblar. 20 nəfər koronavirusu şübhəsi ilə "Red Bul Arena"dan kənarlaşdırılıb.

Məsələ ilə bağlı klub rəsmi saytı vasitəsi ilə azarkeşlərdən üzr istəyib:

"Leyptsiq" problemə görə, üzr istəyir və öz səhvini düzəltmək üçün həmin şəxsləri növbəti matça xüsusi qonaq olaraq dəvət edir".