Almaniya yığmasının üzvü Əmrə Can Dortmund "Borussiya”sı ilə müqavilə bağladığı barədə xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, "Borussiya” Əmrənin müqavilə hüququnu "Yuventus”dan alıb. 26 yaşlı futbolçunun müqaviləsi bu ilin iyulun 30-dan qüvvəyə minəcək və 2024-cü ilin yayına qədər davam edəcək.
Dortmund klubu onun transferi üçün "Yuventus”a 25 milyon avro ödəyəcək. Bu vəsait 3 transfer ili müddətində ödəniləcək.
Qeyd edək ki, Əmrə "Borussiya”ya bu ilin yanvar ayında icarə əsasında qoşulmuşdu. O, Dortmund klubunun heyətində 152 dəqiqə meydanda olduqdan sonra klub rəhbərliyi onu tam əsasla transfer etmək barədə qərar qəbul edib.