“Bavariya”nın əsas qapıçısı Manuel Noyer xəstələnib.
Offsideplus.az xəbər verir ki, klubun saytı 33 yaşlı qolkiperin Bundesliqanın 22-ci turu çərçivəsində qarşılaşacaqları “Köln”lə oyunu buraxa biləcəyini yazıb. “Bavariya”nın kapitanı xəstəlik səbəbindən son məşqlərdə də iştirak edə bilməyib.
Qeyd edək ki, “Köln” – “Bavariya” matçı fevralın 16-da keçiriləcək.