"Milan"ın gənc qapıçısı Canluici Donnarumma klubunu dəyişmək istəmir.

Offsideplus.az xəbər verir ki, "Cici" İtaliya A Seriyasının 28-ci turunda "Genoa" ilə oyundan sonra bu məsələyə münasibət bildirib.

"Çox sakit və xoşbəxtəm. Günü-gündən inkişaf edirəm. Əla komanda və vahid kollektivimiz var. "Genoa" ilə oyunda vurulan qol qeyd etməyimiz buna sübutdur. Bu oyunda qazanılan qələbə "Arsenal"la matçdakı uğursuzluğu müəyyən qədər unutdurdu. Ümid edirik ki, eyni tempdə davam edəcəyik. Çempionlar Liqası? Buna inanıb məqsədimizə doğru irəliləməliyik".

İtaliya mətbuatı 19 yaşlı qapıçının klub rəhbərliyi ilə münasibətləri korladığını yazırdı. Onunla "Real" və PSG klubları maraqlanır.