Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki,  “Barselona”nın müdafiəçisi Jan-Kler Todibo mövsümün sonunadək icarə əsasında “Şalke”də oynayacaq.
Bundesliqa təmsilçisi bu icarə üçün Kataloniya təmsilçisinə 1,5 milyon avro ödəyəcək.
“Barselona” ilə 2023-cü ilin yayına qədər sözləşməsi olan Todibo, bu mövsüm cəmi 3 oyuna çıxıb.