“Borussiya” (Dortmund) klubunun futbolçusu Mario Götzü mövsümün sonunda komandadan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, klubu 27 yaşlı yarımmüdafiəçinin müqaviləsini uzatmağı planlaşdırmır. Almaniyalı futbolçunun müqaviləsi bu ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Götze bu mövsüm Dortmund “Borussiya”nın heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 3 qol vurub.