"Neftçi"ni çalışdırmağa namizəd göstərilən Tomas Doll vətəninə qayıdacaq.
Offsideplus.az xəbər verir ki, Almaniya mətbuatı APOEL-dən ayrılan çalışdırıcının "Ştutqart"ın baş məşqçi postuna əsas namizədlərdən olduğunu yazıb. Tim Valteri istefaya göndərən 2-ci Bundesliqa təmsilçisi hazırda 5 məşqçi ilə danışıq aparır. Onlar arasında Tomas Doll da var.
Qeyd edək ki, Tomas Doll 4 ay çalışdırdığı APOEL-i Avropa Liqasında 1/16 finala çıxarıb.