Almaniyanın “Ştutqart” klubu baş məşqçisi Tim Valterlə yolları ayırmaq qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, .44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Valter, 2019-cu ilin iyulundan “Ştutqart”ı çalışdırırdı. “Ştutqart” hazırda Almaniya 2-ci Bundesliqasında 31 xalla 3-cü sırada qərarlaşıb.