“Köln” klubunun hücumçusu Klaudio Pizarro özünəməxsus rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, perulu forvard Bundesliqanın 25-ci turunda "Ştutqart"a qarşı oyunda (2:3) fərqlənib.
Bununla da, 39 yaşlı futbolçu şəxsi karyerasında ardıcıl 22 il fərqlənib.
Məlumat üçün bildirək ki, 1996-cı ildə Peruda professional karyerasına başlayan Pizarro, 1999-cu ildən Bundesliqada top qovur. O, yalnız 2007-09-cu illərdə "Çelsi"nin formasını geyinib. Təcrübəli forvard "Verder" və “Bavariya”nın da heyətində çıxış edib.