"Bavariya"nın ulduzu Aryen Robbenlə bağlı maraqlı xəbər yayılıb.
Offsideplus.az xəbər verir ki, holland ulduz karyerasını Türkiyədə davam etdirəcək.
Bu barədə Almaniyanın "Sport 1" kanalı məlumat yayıb. Bildirilir ki, Robben bir müddətdi "Beşiktaş"la danışıqlar aparır. Son dövrlər "Bavariya"da heyətə düşməkdə çətinlik çəkən futbolçuya komandadan getmək istəyir. Münhen təmsilçisinin idman direktoru Həsən Salihamizdiç də ona istədiyi kluba getməkdə sərbəst olduğunu bildirib.
Qeyd edək ki, Aryen Robben karyerası ərzində vətənində "Qroningen", PSV, İngiltərədə "Çelsi", İspaniyada "Real" klublarının formasını geyinib, Hollandiya millisində 96 oyun keçirərək 37 qol vurub.