Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, Bundesliqa klubu digər elita təmsilçisi “Hoffenhaym”dan ayrılan Adam Salaini transfer edib.
Bu barədə onun köhnə-yeni klubunun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik 31 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. 
Macarıstan yığmasının forvardı 2014-cü ildən “Hoffenhaym”da çıxış edirdi. 2016-cı ildə qısa müddətə “Hannover”ə də icarəyə verilən Adam, bu yay azad agent statusu alaraq “Hoffenhaym”dan ayrılmışdı. O, daha öncə “Ştutqart”, “Real”, “Şalke” klublarında da forma geyinib. 2010-2013-cü illər aralığında isə Salai məhz “Maynts”da forma geyinib. Macarıstan yığmasında 56 oyun keçirən hücumçu, bu görüşlərdə 20 qolla yadda qalıb.