“Yuventus” klubunun ulduz hücumçusu Mario Mandjukiç “Bavariya”ya qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı futbolçunun transferi ilə bağlı iki klub arasında danışıqlar gedir. Xorvat hücumçunun Münhenə icarə qaydasında və ya 15 milyon avro qarşılığında birdəfəlik keçidi müzakirə olunur.
Mandjukiçin namizədliyini onun həmyerlisi olan baş məşqçi Niko Kovaç irəli sürüb. Amma klub rəhbərliyi bunu qəbul etməyib.