Məşhur türk futbolçu Cengiz Ünder bu yay "Roma" klubundan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, "Bavariya" Türkiyə millisinin üzvü ilə maraqlanır. Münhen klubunun 21 yaşlı yarımmüdafiəçi üçün artıq danışıqlara başladığı vurğulanıb.
Qeyd edək ki, 2017-ci ildən İtaliya təmsilçisində oynayan C.Ünder indiyə kimi 65 matçda 14 qol vurub, 13 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.