“Bavariya”, “Çelsi” və “Real” kimi klublarda çıxış edən Aryen Robben futbolçu karyerasını başa vurub.
Offsidpelus.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi bu barədə ölkəsinin mətbuatına açıqlama verib. O, bu qərarı verməyin çox çətin olduğunu bildirib:
“Peşəkar futbolçu karyeramı başa vurmağa qərar verdim. Heç şübhəsiz bu, karyeramda verdiyim ən çətin qərardır”.