"Bavariya" mövsümün sonunda Aryen Robben və Frank Riberi ilə yollarını ayıracaq.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun prezidenti Uli Hoeness məlumat verib: "Robenlə müqaviləni yeniləməyəcəyik. Eyni sözləri Riberi üçün də keçərlidi. Amma Riberi böyük ehtimalla bunu qəbul etməyəcək. Çünki yerimək imkanlarını itirənə qədər oynamaq istəyir".
Uli Hoeness hər futbolçu üçün mövsümün sonunda vida matçı keçirəcəklərini də bildirib.
Qeyd edək ki, Riberi 12, Robben 10 ildi "Bavariya"da çıxış edir.