"Bavariya" klubunun əsas qapıçısı Manuel Noyer zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı qolkiper komanda ilə ümumi məşqlərə başlayıb. Münhen təmsilçisinin baş məşqçisi Niko Kovaç Noyerin Bundesliqanın 22-ci turunda fevralın 15-i "Auqsburq"a qarşı oynaya biləcəyini deyib.
Beləliklə, alamn qapıçı böyük ehtimalla Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la görüşdə (19 fevral) də meydana çıxa biləcək.
Qeyd edək ki, Noyer məşq zamanı əlindən zədələnmişdi.