Bu mövsüm Dortmund "Borussiya”sının kifayət qədər güclənməsi "Bavariya” rəhbərliyini əməli addımlar atmağa vadar edir.
Offsideplus.az xəbər verir ki, "Bavariya” heyəti kifayət qədər gücləndirməyi planlaşdırır. Ancaq klub rəhbərliyi bu planını yay transfer pəncərəsi zamanı reallaşdıracaq.
Münhen nəhəngi heyəti gücləndirmək üçün 225 milyon avroluq büdcə ayıracaq. "Bavariya”nın əsas transfer siyahısı da bəllidir. Siyahının ilk sıralarında "Atletiko”nun müdafiəçisi Lyuka Ernandes, "Çelsi”nin yarımmüdafiəçisi Kallum Hadson-Odoi, "Bayer”in yarımmüdafiəçisi Kay Haverts və "Leyptsiq”in hücumçusu Timo Verner var.
Yayda "Bavariya”nın iki müdafiəçisindən birini – ya Boatenqi, ya da Hummelsi buraxacağı da güman olunulur. Münhen nəhəngi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və Dortmund "Borussiya”sından 6 xal geri qalır.