"Bavariya" klubunun əsas qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının 20-ci turunda "Bayer"lə oyunu buraxacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb 32 yaşlı qolkiperin zədəli olmasıdır. Məşq zamanı əlindən zədə alan alman qapıçı Leverkuzen təmsilçisi ilə görüşdə komandasına kömək edə bilməyəck.
Qeyd edək ki, "Bayer" - "Bavariya" matçı sabah keçiriləcək.