"Hannover" yeni baş məşqçisinin adını açıqlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Tomas Doll idarə edəcək. Alman klubu indiki çalışdırıcısı Andre Braytenrayteri istefaya göndərib. Ölkə çempionatında səfərdə "Borussiya" tərəfindən darmadağın (5:1) istefanı tezləşdirib. Mütəxəssis 2017-də komandaya gətirilmişdi. "Hannover" turnir cədvəlində sonuncu yerdədir. 19 turdan sonra cəmi 11 xalı var.