Münhen "Bavariya"sında  icarə əsasında çıxış edən Hames Rodriqes qış fasiləsində klubunu dəyişməyəcək. 

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu "Yuventus"dan təklif alsa da, Münhen təmsilçisində qalmağa qərar verib. Mövsümün ilk yarısında zədə səbəbindən cəmi 8 oyunda meydana çıxan 27 yaşlı yarımmüdafiəçi ən azı yaya qədər Bundesliqada çıxış etmək istəyir.

Qeyd edək ki, Rodriqes müqavilə ilə "Real"a məxsusdur.