Almaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Ayntraxt” – “Maynz” oyununda maraqlı hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, matçın 10-cu dəqiqəsində “Ayntraxt”ın futbolçusu künc zərbəsi yerinə yetirərkən tribunadan ona konfetlər atılıb.

Baş hakim Dəniz Aytəkin künc nöqtəsinə yaxınlaşaraq azarkeşləri sakit olmağa çağırıb. Sonra konfetlərdən birini götürərək oradan uzaqlaşıb. O, konfeti öncə “Maynz”ın futbolçusu Naycl De Yonqa təklif edib, sonra özü yeyib.

Həmin maraqlı an kameralara tuş gəlib. Görüntünü təqdim edirik: