İcarə əsasında “Bavariya”da çıxış edən “Real”ın üzvü Xames Rodriqes, “kral klubu”na qayıdacağıyla bağlı yayılan iddialar haqda danışıb.
Offsideplus.az “goal.com”a istinadən xəbər verir ki, kolumbiyalı futbolçu Münhen təmsilçisində qalmaq istədiyini deyib:
“Mən “Bavariya”lıyam, bu klubla yaya qədər müqaviləm var. Mənə bura rahatdır və burda qalmaq istəyirəm. Hazırda ancaq “Bavariya”nın uğurları haqda düşünürəm”.
“Bavariya” Xamesi "Real"dan 2017-ci ilin yayında 13 milyon avro qarşılığında, 2 illik icarəyə götürmüşdü.