“Ştutqart” Bundesliqanın 15-ci turunda öz meydanında “Herta”nı 2:1 hesabıyla məğlub edib.

Offsideplus.az xəbər verir ki, “Ştutqart”ın kapitanı Kristian Gentneri tribunadan izləyən atası, vəfat edib. 

Xəbərdə, azarkeşlər arasında matçı izləyən Gentnerin atasının vəziyyətinin anidən pisləşdiyi və həyatını itirdiyi bildirilib.