Hollandiya millisindəki karyerasını bir müddət öncə başa vuran “Bayern Munich”in futbolçusu Aryen Robben açıqlama verib.
Offsideplus.az xəbər verir ki, “Kicker” nəşrinə danışan hollandiyalı yarımmüdafiəçi mövsümün sonunda karyerasını bitirəcəyini istisna etməyib:
“Bəlkə də bu mövsüm mənim üçün sondur. Dəqiq bilmirəm. Bəlkə də 3 il də “Bayern”nin uğurları üçün tər tökdüm. Hər şey ola bilər. Klub rəhbərliyi ilə yaxşı münasibətlərim var. Bu komandanın mənim üçün yeri tam başqadır. Futboldan uzun müddət zövq almaq istəyirəm. Amma bunun nə qədər sürəcəyini bilmirəm”.
2009-cu ildən Münhen klubunda çıxış edən Robbenin müqaviləsi mövsümün sonunda başa çatacaq.