"Bayern" rəhbərliyi "Real Madrid"in ulduz futbolçusunu heyətə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, braziliyalı ulduz Vinisius Juniorun "Real Madrid"dəki gələcəyi ətrafında qeyri-müəyyənlik davam edərkən, Almaniyanın "Bavariya" klubu futbolçunun vəziyyətini yaxından izləməyə başlayıb.
Klub ilə oyunçu arasındakı yeni müqavilə danışıqları çıxılmaz nöqtəyə dirənib. Buna səbəb 25 yaşlı braziliyalı hücumçunun komandanın yeni transferi Kilian Mbappe ilə eyni, yaxud ondan daha yüksək maaş tələb etməsidir. Lakin "Real Madrid" rəhbərliyi bu maliyyə tələbini qəti şəkildə rədd edib.
Tərəflərin rəsmi danışıqları Dünya Çempionatından sonra yenidən bərpa edəcəyi gözlənilir. Bununla belə, Madrid təmsilçisi gələn il Vinisiusu pulsuz itirmək riskinə getmək istəmir. Əgər ortaq məxrəcə gəlinməsə, "Real Madrid" rəhbərliyi ulduz futbolçunu bu yay satmaq variantını ciddi şəkildə nəzərdən keçirməyə hazırdır.



