“Bavariya”nın hollandiyalı futbolçusu Aryen Robben gələcək karyerası ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçu komandasının vəziyyəti ilə bağlı da danışıb: “Hazırda çempionluq haqqında danışacaq qədər yaxşı vəziyyətdə deyilik. Niko Kovaç çox iddialıdır, çox çalışır, amma “Bavariya”nın baş məşqçisi olmaq asan deyil. “Bavariya”dan ayrılsam, bu, karyeramın bitdiyi mənasına gəlməyəcək. Hər şey mümkündür”.
Münhen təmsilçisi Bundesliqada keçirdiyi 13 oyundan sonra 20 xalla turnir cədvəlinin 5-ci pilləsindədir.