“Bayern Münhen” klubu Maykl Oliseni bu yay transferə çıxarmaq fikrində deyil və istənilən təklifə baxmayaraq futbolçunu satmağı planlaşdırmır.

Offsideplus.az xəbər verir ki, futbolçunun özü də komandada qalmağa tam razıdır. Olise “Bayern”də özünü xoşbəxt hiss edir və Almaniya klubunda karyerasının ən yüksək səviyyəsinə çatdığını düşünür.

Klub rəhbərliyi gənc ulduzu gələcək layihənin əsas fiqurlarından biri kimi görür və onun ətrafında komandanın hücum xəttini formalaşdırmağı planlaşdırır.