NBA-də müntəzəm mövsüm davam edir.

Offsideplus.az xəbər verir ki, ötən gecə növbəti qarşılaşmalar keçirilib.

Denver Nuggets səfərdə Los Angeles Clippers ilə üz-üzə gəlib.

Onlar qarşılaşmadan 130:116 hesablı qələbə ilə ayrılıb. Nikola Jokic qarşılaşmada 55 xalla oynayıb.

Görüşdə LAC klubunun baş məşqçisi Ty Lue bunları deyib:

"Bizim oyun planımız ondan ibarət idi ki, Jokic oyunu qurmasın, özü xal atsın. Lakin onun 55 xal atacağını düşünməmişdim".