İki Azərbaycan klubu - "Neftçi" və "Abşeron Lions" bu gün FIBA Avropa Kubokunda növbəti matçlarına çıxıb.

Offsideplus.az xəbər verir ki, hər iki komanda I qrupunda mübarizə aparır.

"Ağ-qaralar" Bakıda Polşanın "Trefl" kollektivini qəbul edib və rəqibini məğlubiyyətə uğradıb.

Bakı İdman Sarayında keçirilən görüş saat 19:00-da başlayıb.

Qrupun digər görüşündə "Abşeron Lions" Estoniyada "Kalev"in qonağı olub. Komandamız 77:101 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, 4 turdan sonra "Trefl" və "Neftçi" 7 xalla 1 və 2-ci yerləri bölüşdürürlər. Hərəyə 5 xalı olan "Abşeron Lions" üçüncü, "Kalev" isə sonuncudur.

FIBA Avropa Kuboku, I qrupu 

19:00 "Neftçi" - "Trefl" 92:87 (26:26, 21:23; 30:22, 15:16)

21:30 "Kalev" - "Abşeron Lions" 77:101