"Sabah" FIBA Çempionlar Liqasının II turunda Bakıda "Alba Berlin"ə 76:85 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis oyunu şərh edib:
"Alba Berlin"i qələbə münasibətilə ilə təbrik edirəm. Uzaq məsafə qət edərək, Bakıya gəliblər. Yaxşı formada olmasalar belə, bu cür qələbə qazandılar. Oyunçular yaxşı idi, 7-8 nəfər ilə oynamaq çətindir. Ehtiyat skamyamız zəifdir. Rotasiyalarımız çox yavaş idi. Bu da gücümüzə, oyunumuza təsir edir".



