"Alperen Şengün MVP (ən dəyərli oyunçu) ola bilər".

Offsideplus.az xəbər verir ki, bunu keçmiş NBA oyunçusu, 10 dəfə All-Star seçilən Karmelo Entoni deyib. 

"Kevin Dürent onun kimi bir uzunla heç vaxt oynamayıb. Topu səbətin altında rahatlıqla ona verə və ya onunla "pick and roll" oynaya bilərsiniz. O, ya xal atacaq, ya da foul qazanacaq".

Qeyd edək ki, A. Şengün Houston Rockets klubunda çıxış edir. Kevin Dürent bu yay Texas təmsilçisinə qoşulub.