3x3 basketbolu üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Avropa Kubokunun Kosovada keçirilən təsnifat mərhələsinin qalibi olub.
Offsideplus.az xəbər verir ki, yığmamız öncə yarımfinalda Maltanı üstələyib - 21:11.
Həlledici qarşılaşmada basketbolçularımız Kipr kollektivinə güclərini göstəriblər.
Gərgin idman mübarizəsi şəraitində keçən oyun milli komandamızın 21:18 qələbəsi ilə nəticələnib.
Beləliklə, Azərbayca yığması bu il 5-7 sentyabr aralığında Danimarkanın paytaxtıı Kopenhagendə təşkil olunacaq Avropa Kubokunun final mərhələsiə yüksəlib.