Basketbol üzrə Avroliqa turnirində mövsümün qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Final Four" mərhələsinin final matçında Türkiyənin “Fənərbağça Beko” komandası Fransanın “Monako” klubunu məğlub edərək çempionluq tituluna sahib çıxıb-70:81.

İstanbul təmsilçisi bu möhtəşəm nəticə ilə klub tarixində ikinci dəfə Avropanın ən nüfuzlu basketbol turnirinin qalibi olub. Onlar sonuncu dəfə 8 il öncə bu titula sahib çıxmışdılar.