Basketbol üzrə Avroliqada "dördlər finalı" bu gün başlayır.

Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Fənərbağça" son çempion "Panatinakos"la qarşılaşacaq. Tərəflər arasında normal mövsümdə hər iki matçı Yunanıstan klubu qazanıb. Onlar ötən mövsüm də "dördlər finalı"nda qarşılaşmış və qarşılaşma "yaşıllar"ın qələbəsi ilə başa çatmışdı. Görüş Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Digər oyunda isə normal mövsümü lider bitiren "Olimpiakos" "Monako" ilə üz-üzə gələcək. "Olimpiakos" pley-offda "Real Madrid"dən, "Monako" isə "Barselona"dan güclü olub. Bu oyun isə 22:00-da start götürəcək.

Bu matçların qalibləri finalda bir-birinə rəqib olacaqlar.

Qeyd edək ki, "dördlər finalı" ilk dəfə Avropadan kənarda BƏƏ-nin Əbu-Dabi şəhərində təşkil olunacaq.