Azərbaycan Basketbol Liqasında bu gün "Gəncə" klubu "Şəki"ni qəbul edib.
Offsideplus.az xəbər verir ki, görüş Gəncə İdman Sarayında baş tutub və gəncəlilər 94:71 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib.
İlk matçda "Şəki" rəqibini minimal fərqlə məğlub edib - 85:84. İki qələbə qazanan komanda yarımfinala yüksələcək və bu mərhələdə "Sabah" - "Sərhədçi" duelinin qalibi ilə oynayacaq.
14:00 "Gəncə" - "Şəki" 94:71 (28:22; 21:13; 22:21; 23:15)
Gəncə İdman Sarayı



